Uğurlu developer olmaq kifayət deyil – biznes tərəfini də anlamalısan

Çoxumuz illərlə kod yazırıq, texniki biliklərimizi artırırıq, framework-ləri dəyişirik, arxitektura qərarları veririk. Amma bir çox developer-in tək buraxdığı və ya bəzən dəyərini anlamadığı bir məsələ var: biznes düşüncəsi.

Karyeramda, həm korporativ layihələrdə, həm də özüm qurduğum startup-larda bir şeyi dəfələrlə gördüm:
Texniki olaraq mükəmməl yazılmış bir məhsul, əgər biznes dəyəri yaratmırsa – sadəcə kod yığını olaraq qalır.

Developer olaraq biznesi anlamırsansa, nələri qaçırırsan?

  • Məhsulun hədəf istifadəçisini anlamırsan
  • Prioritetləri düzgün seçə bilmirsən (ən vacib olanı gecikdirirsən)
  • Əlaqə və komanda bacarıqları zəifləyir
  • Məhsul yönümlü düşüncədən uzaqlaşırsan

Dünya təcrübəsi nə deyir?

Google, Meta, Shopify kimi nəhəng şirkətlərdə developer-lərdən artıq sadəcə kod yazmaq tələb olunmur.
Onlardan gözlənilir ki, məhsul komandasının bir parçası kimi düşünə bilsinlər: istifadəçi problemlərini analiz etsin, dəyər yaratsın, biznes qərarlarını texnologiya ilə uyğunlaşdırsın.

Praktik olaraq nə etməli?

  1. Koddan öncə problemi başa düş
    “Niyə bu feature yazılır?” sualını daim özünə ver.

  2. İstifadəçini düşün
    Sən yazdığın hər şeyi biri istifadə edəcək. O insanın problemi nədir?

  3. Minimum viable product (MVP) düşüncəsi ilə yaşa
    Ən az kodla maksimum dəyəri necə verə bilərsən?

  4. Biznes terminlərini öyrən
    CAC, LTV, churn, conversion rate kimi anlayışları bilməmək bugünkü dünyada developer üçün əskiklikdir.

  5. Sahibkar kimi düşün
    Sən sadəcə koder deyilsən. Sən bir sistem yaradırsan. Bu sistem dəyər verməlidir.

Son olaraq

İndi artıq texniki biliklər kifayət etmir. Əgər doğrudan da təsir yaradan, uğurlu developer olmaq istəyirsənsə – sadəcə kod yazma. Dəyər yarat.

Bu baxış tərzi həm sənin komandadakı rolunu dəyişəcək, həm də gələcəkdə quracağın layihələrdə uğur şansını qat-qat artıracaq.

Rəylər