Haqqımda

2012-ci ildən proqram təminatı sahəsində aktiv fəaliyyət göstərirəm. Hal-hazırda Senior Software Engineer və Texniki Lider kimi çalışıram. İşimə sistem arxitekturalarının hazırlanması, keyfiyyətli və dayanıqlı kodun yazılması, həmçinin inkişaf komandalarına texniki rəhbərlik daxildir. Təkcə proqramlaşdırma ilə kifayətlənmirəm — həm də mühəndislik qərarlarının verilməsində iştirak edir, inkişaf proseslərini təkmilləşdirir və layihələrin uğurla tamamlanmasına nəzarət edirəm.

Skalasiya oluna bilən və uzunmüddətli baxımdan asan idarə olunan proqram sistemlərinin qurulmasında ixtisaslaşmışam. Əsasən EdTech (təhsil texnologiyaları), süni intellekt və SaaS sahələrində çalışıram. Süni intellektlə gücləndirilmiş alətlər, bulud texnologiyaları və təhlükəsiz media yayımı kimi müasir həlləri məhsullara inteqrasiya etməklə həm performansı, həm də istifadəçi təcrübəsini artırmağa çalışıram.

Əlaqə

Digər

Mən indi nə edirəm?!

Yeniləndi 10 Sentyabr 2025

  • Sektor müdiri kimi tam ştatlı işləyirəm
  • 2 Startup (Full-stack və Backend) və 1 Outsource (Backend) proyekt üzərində çalışıram
  • Bu web saytı daha da təkmilləşdirirəm
  • İdmanla məşğul oluram

Alətlər

Proqram təminatı

Bu sayt NextJS framework ilə hazırlanıb və Contabo server üzərində host edilib.

İstifadə etidyim avadanlıqlar

  • Kompüter: M2 Max MacBook Pro 16" 2023, 32GB RAM
  • Klaviatura: Nuphy Air60 v1
  • Mouse: Logitech MX Anywhere 3 for Mac
Haqqımda - Elchin Abilov